Kallas 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün dörd namizədin adını açıqlayıb
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 2030-cu ilə qədər Aİ-yə qoşula biləcək dörd ölkənin adını açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu açıqlamanı Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının (AK) illik genişlənmə hesabatını təqdim edərkən verib.
Kallas mümkün namizədlər arasında Albaniya, Moldova, Ukrayna və Monteneqronu xüsusi qeyd edib.
"Biz 2030-cu ilə qədər Aİ-yə qoşulmağı yeni ölkələr üçün real məqsəd hesab edirik", - ali nümayəndə deyib.
Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Aİ üzvlüyü Ukrayna üçün vacib təhlükəsizlik zəmanəti olmalıdır.
Kallas bundan əvvəl bildirmişdi ki, Aİ-nin genişlənməsi Avropa Komissiyasının əsas məqsədlərindən biridir və birliyin gələcəyinə investisiya kimi qəbul edilir.
Oxşar xəbərlər
Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı
Mütəxəssislər duzlu və acılı qidaların ləzzətli olsa da, sağlamlıq üçün bir sıra risklər daşıdığını bildirirlər. BAKU.WS xəbər verir ki, duzun artıq qəbulu orqa...