"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Yeniliklərdən dərhal xəbərdar olun
18 mart - Qlobal Təkrar Emal Günü münasibətilə Bakı Avropa Liseyində "Kağız gətir - kitab apar" adlı sosial-ekoloji layihə ictimaiyyətə təqdim olunub.
Tədbir çərçivəsində şagirdlər evlərində istifadəsinə ehtiyac duyulmayan və tullantı hesab edilən kağızları məktəbə gətirərək əvəzində yeni kitablar əldə ediblər. Toplanan kağız tullantıları isə "Təmiz Şəhər" ASC tərəfindən təkrar emala yönləndirilib.
Təkrar emal mədəniyyətinin təşviqini ekoloji şüurun artırılmasını və mütaliəyə marağın gücləndirilməsini hədəfləyən bu layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Ekoloji məsuliyyətin formalaşmasına və oxu vərdişlərinin inkişafına mühüm töhfə verəcək "Kağız gətir - kitab apar" layihəsinin ekoloji təqvim günlərində müxtəlif təhsil müəssisələrində, kitab sərgilərində və digər məkanlarda davamlı olaraq keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu layihə "Təmiz Şəhər" ASC-nin və Bakı Avropa Liseyinin təşkilatçılığı, Azərbaycan Nəşriyyatları Assosiasiyası, "Global Media Group", "Global Management", "Bravo Supermarket", "Smart Waste" MMC, "Chapar Poliqrafiya", "Gilavar Foto Klubu", "EcoHub" və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...