"Joker: İki nəfərlik çılğınlıq" filmi 190 milyon dollar gəlir gətirdi

Joker: İki nəfərlik çılğınlıq filmi 190 milyon dollar gəlir gətirdi
Digər 39

"Joker: İki nəfərlik çılğınlıq" filminin ümumi gəlirləri 192 milyon dollara çatıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, son yeddi gün ərzində film təxminən 30 milyon dollar qazanıb və bu da kino komiksləri tarixində ən pis göstəricilərdən biridir.

Üç həftəlik nümayişdən sonra analitiklər də gəlirlə bağlı proqnozlarını aşağı salıblar. Onlar hesab edirlər ki, film kinoteatrlardakı nümayişini təxminən 220 milyon dollarlıq gəlirlə başa vura bilər. Bu da filmin zərərdən çıxması üçün lazım olan minimum məbləğdən təxminən iki dəfə azdır.

Əvvəllər insayderlər "İki nəfərlik çılğınlıq" filminin şirkətə 200 milyon dollara başa gəldiyini və xərcləri qarşılamaq üçün filmin təxminən 450 milyon dollar qazanmalı olduğunu iddia edirdilər. Bu hədəfə çatmaq isə artıq mümkün deyil. Səbəb isə tamaşaçıların filmi bəyənməmələridir.

Oxşar xəbərlər

Son xəbərlər