İrəvanda məhkəmə Baqrat Qalstayana qarşı cinayət işini dayandırmaqdan imtina edib
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvanda məhkəmə "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və daha 17 iştirakçısı barəsində cinayət işinin dayandırılmasına dair müdafiə tərəfinin vəsatətini rədd edib.
Oxu.Az bu barədə "Sputnik Ermənistan" saytına istinadən xəbər verir.
Hakim Karen Farxoyan qərarını onunla əsaslandırıb ki, indiki mərhələdə iş üzrə sübutlar hələ tam araşdırılmayıb.
Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının üzvləri "terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd" işi üzrə ittiham olunurlar. Hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları iyunun sonunda həbs olunublar.
Ermənistan İstintaq Komitəsi həmin vaxt silahlı yolla hakimiyyəti ələ keçirməyə cəhdin qarşısının alındığını bəyan etmişdi. Avqustun 21-də isə Qalstanyanın həbsi daha üç ay müddətinə uzadılıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...