İran Rəşt-Astara dəmir yolunun 34 km-lik hissəsinin tikintisini Rusiya şirkətinə verib

İran beynəlxalq "Şimal–Cənub" nəqliyyat dəhlizi üçün Rəşt–Astara dəmir yolunun tikintisinə ayrılan torpaq sahəsinin bir hissəsini Rusiya tərəfinə verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadəq bildirib.
"Rusiya şirkətinin işlərə başlaya bilməsi üçün təxminən 34 kilometr sahə təhvil verilib", – nazir qeyd edib.
Onun sözlərinə görə, bu günədək Rəşt–Astara dəmir yolunun 162 kilometrlik hissəsinin tikintisi üçün nəzərdə tutulan torpaqların təxminən yarısı alınıb. Sadəq vurğulayıb ki, İran tərəfi bütün torpaqların alınmasını 2026-cı ilin mart ayının üçüncü ongünlüyünədək başa çatdırmaq üçün səylər göstərir.
Oxşar xəbərlər
SOCAR-ın kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib
SOCAR-ın kollektivi 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib. Bu barədə SOCAR-dan bildirilib. Şirkərin kollektivi qəhrəman Vətən övladl...
