İqor Kşnyakinin qızı: "Qəza məni çox təsirləndirdi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Pilot olmaq mənim arzum idi. Lakin atam bunu istəmirdi".
Bu sözləri Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan baş pilot İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina söyləyib.
O deyir ki, qəzadan sonra pilot olmaq arzusundan imtina edib:
"Qəza məni çox təsirləndirdi. Həmin gün o qədər qorxdum ki, bu arzumdan əlimi üzdüm". Mərhumun həyat yoldaşı Yana Kşnyakinanın sözlərinə görə, İqor bu işin xırdalıqlarını bildiyi üçün qızının pilot olmasını istəmirdi:
"Hər zaman onu inandırmağa çalışırdı ki, bu iş qızlar üçün deyil, çox çətindir".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...