iPhone istifadəçilərinə şad XƏBƏR! WhatsAppda...
Apple-ın iOS 18.2 yeniləməsi ilə iPhone istifadəçiləri artıq WhatsApp-ı əsas zəng və mesajlaşma tətbiqi kimi seçə bilərlər.
BAKU.WS xəbər verir ki, bu yenilikdən əvvəl iPhone istifadəçiləri yalnız Apple-ın standart "Messages" və "Phone" tətbiqlərindən istifadə etməli idilər.
Necə aktiv etmək olar?
İstifadəçilər WhatsApp-ı əsas tətbiq kimi təyin etmək üçün:
-"Ayarlar" (Settings) bölməsinə daxil olmalı,
-"Tətbiqlər" (Apps) bölməsini açmalı,
-"Defolt tətbiqlər" (Default Apps) seçiminə keçməli,
WhatsApp-ı zəng və mesajlar üçün əsas tətbiq kimi təyin etməlidirlər.
Bundan sonra istifadəçi brauzerdə bir telefon nömrəsinə kliklədikdə və ya kontaktlarından birinə mesaj göndərmək istədikdə, sistem avtomatik olaraq WhatsApp-ı açacaq.
Qeyd edək ki, bu funksiya Apple-ın digər tətbiqlərə daha çox sərbəstlik verməsi çərçivəsində həyata keçirilib.
Oxşar xəbərlər
Yorulmadan çalışan bürclər
Yorulmadan çalışan, məqsədlərinə çatmaq üçün böyük əzmlə mübarizə aparan bürclər aşağıdakılardır. Oğlaq bürcü Oğlaqlar zəhmətkeşliyin simvoludur. Onlar nizam-in...