İnsanlar niyə səhər tezdən daha çox ölür? - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanların daha çox səhər tezdən ölməsinin səbəbi açıqlanıb.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, insanlar ən çox səhər tezdən ürək ritminin gecədən gündüz rejiminə keçməsi səbəbindən ölürlər. Onların sözlərinə görə, bioritm dəyişikliyi orqanizmə ciddi yüklənmə yaradır.
Səhər tezdən, xüsusən də saat 5-6 radələrində orqanizmdə yenidənqurma prosesi başlayır. Bu zaman parasimpatik sinir sisteminin aktivliyi azalır, simpatik sinir sisteminin aktivliyi isə artır. Bu proses ürək ritminin dəyişməsinə və ürək-damar sisteminə yükün artmasına səbəb olur.
Səhərin erkən saatları, xüsusən də saat 5-6 radələri insan üçün ən təhlükəli vaxtdır. Əgər bu, ürək ağrıları ilə bağlıdırsa, adətən həmin vaxt baş verir. Amma hipertoniya başqa vaxtlarda da ola bilər. Hipertoniyanın səhər, gündüz və ya gecə növləri mövcuddur. Gecə hipertoniya isə çox vaxt beyin insultu ilə nəticələnir.
Təcili tibbi yardım briqadalarının gecə və ya səhər tezdən ən çox çağırılma səbəbi insult və ya hipertonik kriz hallarıdır.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...