İnsan dözümünün sərhədlərini aşan ultramarafonçu: 80 saat yuxusuz qaçan idmançının sirri
Din Karnazis "Ultramarafonçunun etirafları" kitabının müəllifi, misilsiz dözümlülüyü ilə tanınan amerikalı ultramarafonçudur.
O, ABŞ-nin 50 ştatında ardıcıl 50 gün ərzində 50 marafon qaçaraq idman tarixində nadir nailiyyətə imza atıb. Bundan əlavə, 80 saat 44 dəqiqə ərzində yuxusuz şəkildə 560 kilometr məsafə qət etməsi ona "əbədi qaça bilən adam" şöhrəti qazandırıb.
2009-cu ildə "Time" jurnalı onu dünyanın 100 ən nüfuzlu insanı siyahısına daxil edərək "Amerika arzusunun təcəssümü" və "ultramarafon qəhrəmanı" adlandırıb.
2002-ci ildə qar ayaqqabısı olmadan -25° dərəcə temperaturda Cənub qütbündə marafon qaçan Karnazis 2004-cü ildə isə 49° dərəcə istidə Ölüm vadisində 217 km qaçdığı "Badwater" ultramarafonunda qalib olub.
O, iki dəfə Olimpiya məşəlini daşıyıb, "50/50/50" layihəsi və yazdığı kitablarla milyonlarla insana ilham verib.
Ailəli və iki uşaq atası olan Din Karnazis qaçışı azadlığın rəmzi hesab edir və bunu həyatının ayrılmaz hissəsi sayır.
Oxşar xəbərlər
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bu barədə BAKU.WS-ə qurumdan məlumat veril...