İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlayıb.
Bu barədə BAKU.WS-ə MEMİM-dən məlumat verilib.
Tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlərdə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək, gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.
Xatırladaq ki, MEMİM tərəfindən daha öncə məktəblərdə tədris olunan ixtisas və fənlər – fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları hazırlanıb.
Oxşar xəbərlər
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib...