İncəsənət Gimnaziyasındakı vəziyyət valideynləri özündən çıxardı: "Musiqini onlayn keçmək olar?!"

İncəsənət Gimnaziyasındakı vəziyyət valideynləri özündən çıxardı: Musiqini onlayn keçmək olar?!
Video
Digər 40

Bir qrup valideyn Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında aparılan təmir işlərinin ləng getməsindən narazıdır.

Onlar təmirlə əlaqədar övladlarının başqa məktəbə köçürülməsindən narahat olduqlarını bildiriblər:

"2025-ci ilin sentyabrında uşaqlar artıq gimnaziyaya qaytarılmalı idilər. Sonra dedilər ki, təmir işləri hələ bitməyib. Rəssamlıq, heykəltaraşlıq, musiqini onlayn keçmək olar?!", "Uşaqların gimnaziyaya qaytarılmasını tələb edirik. İnanın ki, zülm çəkirik", - deyə valideynlər narazılıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir.

Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq, növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər