İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı
Mərhum tarixçi İlber Ortaylının qızı Tuna Ortaylı atasının əşyalarını "WhatsApp" qrupunda satışa çıxarması ilə bağlı ilk dəfə danışıb.
BAKU.WS xəbər verir ki, Tuna satılan əşyalardan əldə olunan gəlirin haraya xərcləndiyini açıqlayıb.
Jurnalist Mirgün Cabasın yutub proqramında qonaq olan Ortaylının qızı, bu addımın xeyriyyə məqsədi daşıdığını bəyan edib.
Satışdan əldə olunan bütün gəlir İlber Ortaylının xatirəsinə salınacaq meşə layihəsi üçün TEMA Vəqfinə (Türkiyədə torpaq eroziyası ilə mübarizə, meşələşdirmə və təbii ehtiyatların qorunması məqsədilə fəaliyyət göstərən ən böyük ekoloji qeyri-hökumət təşkilatı) bağışlanıb.
Tuna atasının çoxlu mənzilə sahib olması barədə yayılan xəbərlərə münasibət bildirib.
O qeyd edib ki, bir neçə evə sahib olmağın əsas səbəbi sırf kitabxana ehtiyacı ilə bağlı olub.
Atasının əsas yaşayış yerinin Baltalimanı olduğunu bildirən Ortaylı, Yeşilköy və digər qəsəbələrdəki mənzillərin 50 minə yaxın kitabı qoruyub saxlamaq üçün istifadə edildiyini vurğulayıb.
Xatırladaq ki, İ.Ortaylı bu ilin martında vəfat edib. O şəkərli diabet və böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi və reanimasiyada müalicə alırdı.
Oxşar xəbərlər
Tanınmış aparıcıya vəzifə verildi
Aparıcı Lamiyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, o TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub...