İkinci cəhd imtahanı üçün son bir gün - Ən çox bu qrup MÜRACİƏT EDİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ali təhsilin bakalavriat səviyyəsinin I-IV ixtisas qrupları üzrə test (II cəhd) imtahanına qeydiyyat sabah başa çatır.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, imtahan üçün indiyədək 60 minə yaxın abituriyent qeydiyyatdan keçib.
Ən çox qeydiyyat I və III qruplardadır.
Qeyd edək ki, qəbul imtahanlarının ikinci cəhdi II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə isə 13 iyul tarixində keçiriləcək. Coğrafiya fənni üzrə əlavə imtahan da 13 iyul tarixində təşkil olunacaq. /modern.az
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...