Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb.
BAKU.WS Oxu.az-a sitinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, DTX, Səfərbərlik Xidməti və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, mövcud normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması tapşırılıb. Bu istiqamətdə təkliflər 5 ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.
İcra prosesinin operativliyini təmin etmək üçün aşağıdakı qrafik müəyyən olunub:
4 ay ərzində mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində lazımi tədbirlər görməli və normativ aktlarını yeniləyərək Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.
6 ay ərzində Ədliyyə Nazirliyi bütün hüquqi aktların yeni qanunla uzlaşdırılmasını tam yekunlaşdırıb hökumətə hesabat təqdim etməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib. Sənəd imzalandığı gündən qüvvəyə minib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...