Həftə içi az, həftəsonu çox yatmaq yuxu çatışmazlığını kompensasiya edir?
Uzun illər sağlam həyat tərzinin əsas qaydalarından biri hər gün eyni saatda yatıb oyanmaq hesab olunurdu. Lakin Çinxua Universitetinin alimlərinin yeni araşdırması göstərib ki, qısa müddətli yuxusuzluqdan sonra həftəsonu əlavə yatmaq orqanizmin bərpasına kömək edə bilər.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, rusiyalı terapevt Yevgeni Tarasov bununla bağlı açıqlama verib.
O, bildirib ki, əgər insan uzun müddət gündə cəmi 4-5 saat yatırsa, həftəsonu daha çox yatmaq bu problemi tam aradan qaldırmır. Onun sözlərinə görə, belə hallarda orqanizm daim stress altında olur, yorğunluq artır və sağlamlıq üçün risklər yaranır.
Həkim qeyd edib ki, iş, imtahan və ya digər səbəblərdən bir neçə gecə az yatdıqda əlavə istirahət faydalı ola bilər. Bu zaman orqanizm bərpaya ehtiyac duyur və əlavə yuxu gücün toplanmasına kömək edir.
Mütəxəssis vurğulayıb ki, sağlamlıq üçün ən yaxşı variant hər gün 7-9 saat yatmaq və stabil yuxu rejiminə əməl etməkdir. Bununla belə, ağır və yorucu həftədən sonra şənbə və ya bazar günü bir neçə saat artıq yatmağın normal olduğu bildirilib. Əsas məsələ isə bunu daimi vərdişə çevirməməkdir.
Oxşar xəbərlər
Bu yay hansı bürcü nə gözləyir? - Kimisi yağ-bal içində yaşayacaq, kimi isə…
2026-cı ilin yayı bürclər üçün həm emosional, həm də karyera baxımından dəyişikliklərlə yadda qalacaq. BAKU.WS Xarici KİV-ə istinadən xəbər verir ki, bəzi bürc...