Heç vaxt bəxti gətirməyən yeganə bürc
Yeniliklərdən dərhal xəbərdar olun
Astroloqlar həyatda ən çox uğursuzluq yaşayan yeganə bürcü müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, onların fikrincə, Qız bürcü perfektionizmə, özünütənqidə və həddindən artıq analiz etməyə meyilli olduğu üçün ən bəxtsiz bürc hesab olunur.
Mütəxəssislər bildirirlər ki, Qızlar uğura gedən yolda tez-tez maneələrlə qarşılaşırlar. Onlar ideala can atmalarına baxmayaraq, özlərindən şübhələnirlər. Risk etməkdən və intuiziyalarına güvənməkdən çəkinirlər ki, bu da çox vaxt əlverişli fürsətləri dəyərləndirməyə mane olur.
Bundan əlavə, Qızlar üzərlərinə bacardıqlarından daha çox məsuliyyət götürməyə meyillidirlər, bu isə stres və yorğunluğa səbəb olur.
Bununla belə, astroloqlar vurğulayırlar ki, Qızların uğursuzluğu əsasən onların həyata yanaşması ilə bağlıdır. Əgər bu bürcün nümayəndələri hadisələri axarına buraxmağı və dəyişikliklərdən qorxmamağı öyrənsələr, uğur daha tez-tez onlara gülümsəyəcək.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...