Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, dolu, qar...

Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, dolu, qar...
Digər 455

Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Oxşar xəbərlər

Ən çox pul xərcləyən bürclər - SİYAHI

Ən çox pul xərcləyən bürclər - SİYAHI

Bəzi bürclər pul xərcləməyi həddindən artıq çox sevirlər. Astroloqların qeyd etdiyi kimi, bu bürcdən olan insanlar nəinki xərcləməyi, həm də çoxlu pul qazanmağa...

1218 Digər 17:02 13 oktyabr 2024

Son xəbərlər