Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - Fərq nədir?
Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.
BAKU.WS xəbər verir ki, bu barədə lent.az məlumat yayıb.
Ekspertlər deyirlər ki, xanımların qorxuları heç də əsassız deyil. Ancaq yenə də bu məhsullar arasındakı fərqi başa düşmək lazımdır.
İstehsalçılar yağ tərkibinə görə yağları üç növə bölürlər:
• ənənəvi - 82 faiz;
• "kənd" kərə yağı - 72 faiz;
• sendviç yağı- 60-65 faiz.
Müvafiq olaraq, məhsulun tərkibindəki yağ nisbəti nə qədər azdırsa, tərkibində bir o qədər çox zərdab olur.
Ən yaxşı və yüksək keyfiyyətli yağ tərkibi 82 faiz olan ənənəvi kərə yağı hesab olunur. Tərkibində cəmi 16 faiz zərdab var.
Əlbəttə, yağ tərkibi 72 faiz olan "kənd" yağı orqanizminiz üçün zərərsizdir, lakin ən çox saxtalaşdırılan yağdır və buna görə də çox diqqətli olmalısınız. İstehsalçıdan tam əmin deyilsinizsə, 82 faiz yağ tərkibli kərə yağı götürmək daha yaxşıdır.
Oxşar xəbərlər
Telefonu gün ərzində hansı aralıqla istifadə etmək olar?
Mobil telefonların həyatımıza daxil olması ilə birgə onlardan istifadə də gündəlik vərdişlərimizin bir hissəsinə çevrilib. Lakin telefonun həddindən artıq istif...