Hamiləlik zamanı makiyaj məhsullarından çox istifadə uşaqda bu PROBLEMLƏRƏ yol açır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Emori Universiteti, Şimali Karolina Universiteti və Kolumbiya Universitetinin alimləri hamiləlik zamanı plastik məhsullarda olan maddələrin körpənin maddələr mübadiləsinə və beyin inkişafına təsir edə biləcəyini müəyyənləşdiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Nature Communications jurnalında dərc olunan araşdırmada bildirilir.
Söhbət ftalatlar adlanan maddələrdən gedir. Onlar kosmetik vasitələrdə, şəxsi qulluq məhsullarında, həmçinin plastik qida və içki qablarında geniş istifadə olunur.
Tədqiqatçılar müəyyən ediblər ki, hamiləlik zamanı ananın qanında ftalat səviyyəsinin yüksək olması, körpənin doğulduqdan qısa müddət sonra qanında beynin inkişafı üçün vacib olan neyromediatorların əsas maddələrinin az olması ilə əlaqəlidir.
Bundan əlavə, ftalatların yüksək səviyyəsi yenidoğulmuşlarda diqqət pozğunluğu və daha yüksək həyəcan səviyyəsi ilə əlaqələndirilib.
Mütəxəssislər bildirirlər ki, hamiləlik dövründə plastik məhsullara məruz qalmaq, körpənin maddələr mübadiləsinə və beyin inkişafına uzunmüddətli təsir göstərə bilər.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...