Gürcüstanda universitetlərdə ana dili dərsləri məcburi olacaq
Gürcüstanda ali təhsil müəssisələrində ana dilinin tədrisi məcburi olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclər Komitəsinin sədri Givi Mikanadze bildirib.
Onun sözlərinə görə, qanunvericilik təşəbbüsü artıq komitə tərəfindən dəstəklənib və iyun ayının ortalarında qanun qüvvəyə minəcək. Gürcüstan Təhsil Nazirliyi bu müddət ərzində yeni qaydalara uyğun tədris proqramı hazırlayacaq.
Təklif Tbilisi Dövlət Universitetinin professorları Nana Maçavariani və Georgi Qoqolaşvilinin təşəbbüsüdür.
Qeyd edək ki, 2005-ci ildən etibarən universitetlərdə gürcü dili fənni ləğv edilmişdi. Yeni dəyişikliklərdən sonra bu fənnin yalnız filologiya fakültəsində deyil, bütün fakültələrdə məcburi tədrisi nəzərdə tutulur.
Oxşar xəbərlər
Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
3 oktyabr 2026-cı il tarixində Özbəkistanın paytaxtı Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının və "Özbəkistan–Azərbaycan" Tibbi Forumunun rəs...