Günorta yatmağı sevənlərin nəzərinə - Bu halda ziyandır
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi insanlar gün ərzində qısa da olsa, yatmaq ehtiyacı hiss edir. Günorta yuxusu bəziləri üçün enerji toplamaq və diqqəti artırmaq üçün rahatlama vasitəsi ola bilər.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, bu vərdişin faydalı olub-olmaması yuxunun müddətindən asılıdır.
Qısa, 20–30 dəqiqəlik günorta yuxusu insanın yaddaşını gücləndirir, stressi azaldır və enerji səviyyəsini artırır. Lakin 1 saatdan uzun yatmaq gecə yuxusuna mənfi təsir göstərir, yuxusuzluq və baş ağrısına səbəb ola bilər.
Həkimlər yalnız yüngül və qısa günorta yuxusunun sağlamlıq üçün faydalı olduğunu, uzun və gecikmiş yuxunun isə zərərlər yarada biləcəyini vurğulayır.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...