Gündəlik çəki ölçmələri yanlış ola bilər - Tərəziyə çıxarkən diqqət edilməli məqamlar

"Bədən çəkisinin dəqiq göstəricilərini əldə etməkdən ötrü hər gün deyil, hər həftə eyni vaxtda tərəzidə çəkilmək lazımdır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Wellness Pulse" nəşrinə Danimarkadakı Orhus Universitetinin VIA Kollecinin qlobal qidalanma sahəsi üzrə eksperti və diyetoloqu Sandra Vigelene deyib.
Həkimin fikrincə, gündəlik çəki ölçmələri yanlış ola bilər, çünki insanın bədən çəkisi su balansındakı təbii dəyişikliklər səbəbindən gün ərzində dəyişir.
Diyetoloq izah edib ki, gecələr orqanizm xüsusilə isti iqlimdə nəfəs və tərləmə ilə maye itirir. Bu zaman insan yemədiyi və ya içmədiyi üçün səhər çəkisi daha aşağı ola bilər - lakin bu, bədəndəki yağların faktiki olaraq əridildiyini əks etdirmir.
Buna görə də, gündəlik məlumatlara çox əhəmiyyət vermək deyil, uzunmüddətli trendi izləmək vacibdir. Bədən çəkisinin ən obyektiv qiymətləndirilməsi səhər, acqarına və eyni şəraitdə - məsələn, yüngül paltarda və eyni tərəzidə çəkilməkdir.
Oxşar xəbərlər
Gürcüstanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir
Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu bar...
