"Global Media Group" ADİU-nun 95 illik yubileyinə həsr olunmuş Karyera Günündə iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Global Media Group" holdinqinin İnsan resursları komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 95 illik yubileyi münasibətilə keçirilən Karyera Günü çərçivəsindəki tədbirdə iştirak edib.
Tədbirin əsas məqsədi təhsil müəssisələri ilə işəgötürənlər arasında körpü qurmaq, gənclərin karyera imkanlarını genişləndirmək və təhsil proqramlarını real əmək bazarının tələbləri ilə uzlaşdırmaq olub.
"Global Media Group" nümayəndələri gələcəyin peşəkarlarının formalaşmasına dəstək vermək məqsədilə tədbirdə iştirak edərək tələbələrlə fikir mübadiləsi aparıb, karyera və təcrübə imkanları barədə məlumat veriblər.
Şirkət, həmçinin bu platforma vasitəsilə faydalı şəbəkələşmə imkanlarından da yararlanıb.
Qalereya
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...