Genetik kodun təkamülü ilə bağlı yeni KƏŞF
Alimlər genetik kodun formalaşmasında xüsusi DNT bölgələri – fliplonların mühüm rol oynadığını aşkar ediblər.
BAKU.WS tass-a istinadən xəbər verir ki, tədqiqatçı Alan Herbertin apardığı araşdırmalar göstərib ki, fliplonlar klassik ikiqat DNT spiralından fərqli strukturlar əmələ gətirir və amin turşuları ilə qarşılıqlı təsirə girir. Bu kəşf genetik kodun təsadüfən yaranmadığını, əksinə, təkamülün təbii nəticəsi olduğunu sübut edir.
Alimlər həmçinin müəyyən ediblər ki, fliplonlar genlərin tənzimlənməsində və bəzi xəstəliklərin, o cümlədən şişlərin inkişafında mühüm rol oynayır. Süni intellekt vasitəsilə aparılan analizlər göstərib ki, bu DNT bölgələri amin turşuları ilə birləşərək zamanla daha mürəkkəb genetik strukturların yaranmasına səbəb olub.
Tədqiqatın nəticələri həyatın mənşəyi və genetik kodun necə formalaşması ilə bağlı yeni nəzəriyyə irəli sürür. Əgər bu nəticələr eksperimental şəkildə təsdiqlənərsə, alimlər bunun elmdə inqilabi bir kəşf olacağını düşünürlər.
Oxşar xəbərlər
Bu gün "Günəşli" yatağında baş verən faciədən on il ötür.
Bu gün "Günəşli" yatağında baş verən faciədən on il ötür. Yanğın 2015-ci ilin 4 dekabrında baş verib. Faciə neft yatağının 10 saylı Dərin Dəniz Özülündə baş ver...