Gənc qalmaq istəyənlərə həkim məsləhəti - Bu qidalardan istifadə etməlisiniz

Gənc qalmaq istəyənlərə həkim məsləhəti - Bu qidalardan istifadə etməlisiniz
Digər 252

Düzgün qidalanma sağlamlıqla yanaşı, gəncliyi qorumağın da əsas yollarından biridir.

BAKU.WS "Veçernaya Moskva"ya istinadən bildirir ki, həkim Aygül Arslanova bu mövzuda bir sıra önəmli məsləhətlər verib.

Arslanova, ilk növbədə, antioksidantlarla zəngin olan meyvələrin rasiona daxil edilməsini tövsiyə edir. Bu meyvələr bədən hüceyrələrini zərərdən qoruyaraq cavan qalmağa kömək edir. Eyni zamanda, fındıq sağlam yağlar, vitaminlər və mineralların zəngin mənbəyi olaraq diqqət çəkir.

Somon balığı da Arslanova tərəfindən tövsiyə olunan qidalar arasındadır. Omeqa-3 yağ turşuları ilə zəngin olan bu balıq enflamasiya ilə mübarizə apararaq sağlamlığı gücləndirir.

İspanaq isə qocalma prosesini yavaşlatmağa kömək edən vitamin və minerallarla doludur. Menyunuzda bu tərəvəzi mütləq yer aldırmalısınız.

Şirniyyat sevənlər üçün həkim tünd şokolad seçməyi məsləhət görür. Flavonoidlərlə zəngin olan tünd şokolad qan dövranını yaxşılaşdırır və dərinin sağlamlığını dəstəkləyir.

Tərəvəzlər də sağlamlıq üçün önəmlidir. Pomidor likopen tərkibinə görə ultrabənövşəyi radiasiyadan qoruyur, avokado isə yağ və vitamin bolluğu ilə dərinin vəziyyətini yaxşılaşdırır.

Həkim, həmçinin, sarımsaq və yaşıl çayın faydalarını vurğulayıb. Sarımsaq immun sistemini gücləndirərək gənclik effektini təmin edir, yaşıl çay isə xroniki xəstəliklərin qarşısını almağa kömək edir.

Arslanovanın fikrincə, bu məhsulları qida rasionuna əlavə etməklə həm sağlamlığınızı qoruyar, həm də gəncliyinizi uzada bilərsiniz. Sağlam həyat tərzinə addım atmaq üçün bu tövsiyələri nəzərə almağa dəyər!

Son xəbərlər