Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq

Gələn ildən 11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq
Digər 7

Dövlət İmtahan Mərkəzitam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə deyib.

O bildirib ki, yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq:

"Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər