Fransada 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər

Fransada 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər
Digər 13

Fransanın Milli Assambleyası və Senatı yetkinlik yaşına çatmayanların sosial şəbəkələrin təhlükələrindən qorunması haqqında, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Milli Assambleyada qanun layihəsinin lehinə 279 deputat səs verib, əleyhinə 81 nəfər olub, Senatda isə qanun layihəsini 243 parlamentari dəstəkləyib, yalnız iki nəfər qarşı çıxıb.

Daha sonra Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində qanunun qəbul edildiyini bildirib.

"Mən söz vermişdim və artıq qanun qəbul edilib: tədris ilinin əvvəlindən etibarən 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan ediləcək. Deputatlara təşəkkür edirəm. İndi növbə Konstitusiya Şurasındadır, daha sonra isə bu tədbiri həyata keçirmək və uşaqlarımızı internetdə qorumaq üçün atılacaq konkret addımlardadır", - o yazıb.

Qanun layihəsindəki bu tədbir, uşaqların onlardan istifadəsinə yol verməmək məqsədilə sosial şəbəkələri öz istifadəçilərinin yaşını yoxlama mexanizmlərini tətbiq etməyə məcbur edir. Bundan əlavə, layihə sosial şəbəkələrdən 15 yaşına çatmamış istifadəçilərin hesablarını silməyi tələb edir. Qanun layihəsi, həmçinin 15 yaşından 18 yaşına qədər olan istifadəçilər üçün onların internet resurslarından istifadə vaxtını məhdudlaşdıran "rəqəmsal komendant saatı" tətbiq edir.

Qeyd edək ki, qanun sentyabrın 1-dən qüvvəyə minəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər