Fidan Seyidşahqızı: "70% sualları cavablandıran namizədlər müvəffəqiyyətli hesab edilir"
"Birinci imtahan mərhələsidir ki, Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzi tərəfindən təşkil edilən imtahan 100 dəqiqə davam edir. 70% sualları cavablandıran namizədlər müvəffəqiyyətli hesab edilərək ikinci, yəni müsahibə mərhələsinə buraxılır. Müsahibə mərhələsi qabaqcadan elan olunmuş proqram əsasında namizədlərin bilik səviyyəsi və vəzifəyə uyğunluğu yoxlanılır. Təbii ki, burda müəyyən bacarıqlar əsasında üsullarla aparılır".
BAKU.WS xəbər verir ki, bu sözləri "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya"nın mətbuat katibi Fidan Seyidşahqızı Qiymətləndirmə Mərkəzində Nazirliyin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsabiqələrin imtahan prosesindən danışarkən deyib.
O imtahanın təşkili prosesində tətbiq olunan qiymətləndirmə mexanizmləri və şəffaflıq prinsipləri barədə məlumat verib.
Mətbuat katibi onu da qeyd edib ki, bəzi kateqoriyadan olan şəxslər imtahan mərhələsindən azad edilib.
Bu güzəşt elmlər doktoru elmi dərəcəsinə malik şəxslərə, ən azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçularına, peşəkar mühasib və müvafiq sertifikata sahib namizədlərə, "Yüksəliş" müsabiqəsinin finalçılarına, eləcə də "Gənc DOST" könüllü proqramını "A" sertifikatı ilə başa vuran könüllülərə şamil olunur.
O da qeyd olunub ki, imtahandan azadolma hüququndan yararlanmaq istəyən namizədlər sənəd qəbulu mərhələsində bunu təsdiqləyən sənədləri sistemə yükləməlidirlər.
Oxşar xəbərlər
Arzu Əliyeva Lənkəran səfərindən paylaşım edib
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran səfəri ilə bağlı paylaşım edib. BAKU.WS paylaşımı təqdim edir: