Evi xoş qoxutmaq istəyərkən diqqətli olun: hava təravətləndiriciləri zərərli ola bilər
Evdə xoş qoxu yaratmaq üçün istifadə olunan hava təravətləndiriciləri geniş yayılıb. Lakin bu məhsulların tez-tez və qapalı məkanda istifadəsi bəzi insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, hava təravətləndiricilərinin tərkibində müxtəlif ətirli maddələr və uçucu üzvi birləşmələr ola bilər. Bu maddələr havaya yayıldıqda gözlərdə və tənəffüs yollarında qıcıqlanma yarada bilər.
Xüsusilə astma və allergiyası olan insanlarda bu məhsulların istifadəsindən sonra öskürək, burun tutulması, baş ağrısı və nəfəsalma çətinliyi yarana bilər.
Mütəxəssislər qapalı məkanlarda hava təravətləndiricilərindən həddindən artıq istifadə etməməyi, otaqları mütəmadi havalandırmağı tövsiyə edirlər.
Evdə xoş qoxu yaratmaq üçün isə ilk növbədə qoxunun mənbəyini aradan qaldırmaq və otaqda təmiz hava dövranını təmin etmək daha məqsədəuyğun hesab olunur.
Oxşar xəbərlər
Pomidorun qaraciyərə faydası ilə bağlı maraqlı araşdırma
Son araşdırmalarda qidalanma və gündəlik vərdişlərin sağlamlığa təsiri ilə bağlı maraqlı nəticələr əldə edilib. BAKU.WS xəbər verir ki, alimlərin araşdırmasına...