Ermənistanın onlarla şirkəti Rusiyaya gül ixracı üçün lisenziya ala bilməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Son 1.5 ay ərzində Ermənistan və Rusiya arasında onlayn rejimdə keçirilən yoxlamalar nəticəsində "Rosselxoznadzor" gül ixracına yalnız 21 istixananın (ümumi sahəsi 85,7 hektar) lisenziyasını təsdiqləyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Təftiş Orqanı bildirir.
Videoformatda aparılan yoxlamalar zamanı ümumilikdə 47 istixana, yəni 105,4 hektar sahə araşdırılıb. Onlardan 26 istixana Rusiyaya ixrac icazəsi ala bilməyib.
Qeyd edək ki, bu ilin iyun ayında "Rosselxoznadzor" Ermənistandan gül idxalını demək olar ki, tamamilə dayandırıb. Səbəb kimi məhsullarda bitki zərərvericisi olan tripslərin aşkar edilməsi göstərilib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...