Ermənistanda məhkəmə deputat Artur Sarkisyanın ev dustaqlığını daha iki ay uzadıb
"Müqəddəs mübarizə" hərəkatının tərəfdarı və parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan daha iki ay ev dustaqlığında qalacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Hazırkı qətimkan tədbirinin müddəti sentyabrın 8-də başa çatır.
Prokurorluğun mövqeyinə görə, prosessual hərəkətlərə mane olmaq, eləcə də prosessual öhdəlikləri yerinə yetirməmək riski qalmaqdadır. Bununla əlaqədar ittiham tərəfi uzadılma müddəti məsələsini məhkəmənin ixtiyarına buraxaraq qətimkan tədbirinin qüvvədə saxlanılmasının tərəfdarı kimi çıxış edib.
Xatırladaq ki, Artur Sarkisyanın 2025-ci il iyulun 9-dan həbsdədir. Deputatın faktiki həbsi ev dustaqlığı ilə əvəz edilib, bu müddət sonradan dəfələrlə uzadılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, "Müqəddəs mübarizə" hərəkatının iştirakçıları və liderləri ölkədə hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktları və digər hərəkətlər törətməyi planlaşdırırdılar.
Oxşar xəbərlər
Tarixdə ilk: Dünyada yaşlı insanların sayı uşaqları geridə qoydu
Tarixdə ilk dəfə dünyada 65 yaş və daha yuxarı olan insanların sayı 5 yaşa qədər olan uşaqların sayını ötüb. Bu, qlobal miqyasda doğum səviyyəsinin aşağı düşməs...