Ermənistan Atom Elektrik Stansiyasında qəza: Ölkənin enerji sistemindən ayrıldı

Ermənistan Atom Elektrik Stansiyasında qəza: Ölkənin enerji sistemindən ayrıldı
Digər 75

Ermənistan Atom Elektrik Stansiyasının (AES) enerji sistemindən ayrılmasına səbəb ildırım vurması olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.

Artıq elektrik enerjisinin verilişi bərpa olunub və stansiya əməkdaşları onu yenidən işə salmaq üzərində işləyirlər.

Nazirliyin məlumatına görə, qəza cümə günü yerli vaxtla təxminən 21:55-də baş verib. Qurumdan qeyd edilib ki, ildırım vurması nəticəsində stansiyanın təhlükəsizlik sistemləri onu təhlükəsiz söndürmə rejiminə keçirib.

Qeyd edək ki, AES Ermənistanın əsas elektrik enerjisi mənbələrindən biridir. İki blok 1976 və 1980-ci illərdə istismara verilib. 1989-cu ildə baş vermiş Spitak zəlzələsindən sonra AES bağlanıb.

İkinci enerji bloku 1995-ci ilin noyabrında yenidən istismara verilib. 2021-ci ildə modernləşdirmədən sonra AES-in istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər