Erməni xizəkçi Azərbaycana qarşı hərəkətinə görə cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Xizəkçi Mikael Mikaelyan "Tour de Ski" yarışları zamanı kostyumunun üzərində turnirin sponsorunun "Azərbaycan" yazısını lentlə bağladığına görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışların birində baş verib. "Tour de Ski" turnirində xizəkçilərin kostyumlarında Azərbaycanın reklamı ilə yanaşı, yarış məkanlarında ölkənin adını əks etdirən iri reklam lövhələri də yerləşdirilib.
Qeyd edək ki, ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə 5 il müddətinə sponsorluq sazişi imzalayıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...