Əraqçı: " İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququ var"

Əraqçı:  İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququ var
Digər 28

"Tehran İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israr edir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

"İran nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə qoşulan dövlət kimi öz öhdəliklərinə sadiqdir, lakin eyni zamanda İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israrlıdır ki, bu da təbii olaraq uranın zənginləşdirilməsi prosesini tələb edir", - nazir qeyd edib.

Onun sözlərinə görə, uranı zənginləşdirən, lakin eyni zamanda nüvə silahını tamamilə rədd edən müqaviləyə qoşulan bir neçə ölkə var. "Bu kluba bir neçə Asiya, Avropa və Cənubi Amerika ölkələri daxildir", - o əlavə edib.

Nazir vurğulayıb ki, İran sülhməramlı nüvə proqramı ətrafında yaranmış süni böhranın həlli üçün diplomatik yolun seçilməsinə məsuliyyətlə yanaşır.

Son xəbərlər