Əli Xameneinin öldüyü deyilən həyat yoldaşının sağ olduğu bildirilir
Yeniliklərdən dərhal xəbərdar olun
İranın mərhum ali rəhbəri Əli Xameneinin fevralın 28-də İsrailin zərbələri nəticəsində öldürülən həyat yoldaşı Mənsurə Xocəstə Baqerzadənin ölümü barədə məlumat yanlış olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, son bir neçə gün ərzində inqilab liderinin ölməsindən sonra bəzi KİV səhvən böyük ayətullahın həyat yoldaşının da ölümü xəbərini dərc edib.
Fevralın 28-də İsrail HHQ-nin Tehranda ayətullanın iqamətgahına endirdiyi zərbədən sonra onun ağır yaralandığı və komaya düşdüyü bildirilirdi.
Mənsurə Xocəstə Baqerzadə 79 yaşındadır. O, dini bir ailədə doğulub. Atası iş adamı idi. Əli Xamenei ilə 1964-cü ildə tanış olub. Növbəti il onlar evləniblər. Evləndikdən sonra o, ictimaiyyət qarşısında demək olar ki, görünməyib. Onların evlilikdən dörd övladı olub.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...