Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı
Mütəxəssislər duzlu və acılı qidaların ləzzətli olsa da, sağlamlıq üçün bir sıra risklər daşıdığını bildirirlər.
BAKU.WS xəbər verir ki, duzun artıq qəbulu orqanizmdə suyun tutulmasına, qan təzyiqinin yüksəlməsinə və böyrəklərin fəaliyyətinin zəifləməsinə səbəb olur.
Duzlu qidalar həmçinin sümüklərin kalsium itkisini sürətləndirir və uzunmüddətli dövrdə osteoporoz riskini artırır.
Acılı yeməklər isə mədə turşuluğunu artırır, qastrit və xora kimi xəstəlikləri ağırlaşdıra bilər. Bundan əlavə, ədviyyatların çoxluğu həzm sistemini qıcıqlandıraraq yanma hissi, ishal və hətta dəri səpkiləri yarada bilər.
Mütəxəssislər gündəlik duz qəbulunun 5 qramdan çox olmamasını, acılı qidaların isə həftədə 1-2 dəfə ilə məhdudlaşdırılmasını tövsiyə edirlər.
Sağlam qidalanma və balanslı pəhriz orqanizmin uzunömürlülüyü üçün ən vacib amillərdən biri hesab olunur.
Oxşar xəbərlər
Xalq rəssamı Ömər Eldarov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışdı
Baku TV-nin efirində yayımlanan reportajda ümummilli lider Heydər Əliyevin mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafındakı misilsiz rolundan bəhs edilib. Rep...