Dünyanın ən yaşlı insanı Yaponiyada vəfat edib

Dünyanın ən yaşlı insanı Yaponiyada vəfat edib
Digər 337

Dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib.

"Report" xəbər verir ki, 2019-cu ildən xanım İtukanın yaşadığı Aşiya şəhərindəki qocalar evinin nümayəndəsi "Kyodo" agentliyinə ölümün təbii səbəblərdən baş verdiyini açıqlayıb.

Tomiko İtuka 1908-ci ilin may ayında Yaponiyanın Osaka şəhərində anadan olub. 20 yaşında ailə qurub və dörd uşaq dünyaya gətirib. Tomiko İtuka 71 yaşında, 1979-cu ildə dul qalıb, lakin aktiv həyat tərzini və idmanla məşğul olmağı davam etdirib.

Tomiko İtuka 2024-cü ilin sentyabrında Yer kürəsinin ən yaşlı sakini tanınıb. O zaman onun 116 il və 116 günü var idi. Ondan əvvəl Yer kürəsinin ən yaşlı insanı ispaniyalı Mariya Branyas Morera hesab olunurdu. O, 2024-cü ilin avqustunda 117 yaş və 169 günlük yaşında vəfat edib.

Oxşar xəbərlər

2026-cı ilin ilk aylarından kasıblayacaq bürclər

2026-cı ilin ilk aylarından kasıblayacaq bürclər

Yeni ilin başlanğıcı bəziləri üçün böyük imkanlar, digərləri üçün isə sınaqlar dövrü olacaq. Astrologların proqnozlarına görə, 2026-cı ilin ilk aylarında (yanva...

120 Digər 23:59 09 yanvar 2026

Son xəbərlər