Dünyanın ən uzun avtomobili: 26 təkər, 75 sərnişin tutumu
ABŞ-də dünyanın ən uzun avtomobili inşa edilib. "American Dream" adlanan bu 30 metrlik nəhəng limuzin 26 təkərə sahibdir və 75 sərnişin daşıya bilir.
BAKU.WS xəbər verir ki, bu barədə Oddity Central məlumat yayıb.
Bu unikal nəqliyyat vasitəsi 1976-cı il istehsalı olan altı "Cadillac El Dorado" limuzininin birləşdirilməsi ilə yaradılıb. Onun idarə edilməsi isə olduqca çətindir.
"American Dream" ilk dəfə 1986-cı ildə avtomobil kolleksiyaçısı və dizayneri Cey Orberq tərəfindən yaradılıb. O zaman avtomobilin uzunluğu 18,28 metr idi və iki V8 mühərriklə təchiz olunmuşdu. Daha sonra Orberq onun uzunluğunu 30,5 metrə qədər artıraraq, Guinness Rekordlar Kitabına düşməsini təmin edib. Uzun illər filmlərdə, televiziya şoularında və jurnalların üz qabığında məşhurlaşan limuzin, zamanla diqqətdən kənarda qalaraq Nyu-Cersidə bir anbara atılmışdı.
Bir müddət sonra avtomobil həvəskarları Maykl Dezer və Maykl Männing limuzini internetdə taparaq satın alıb və onu tamamilə bərpa ediblər.
"Mən onu ilk dəfə Nyu-Cersidəki bir avtosalonda gördüm. Bərbad vəziyyətdə idi – təkərləri boşalmışdı, pəncərələri sındırılmışdı, hər yeri qrafiti ilə örtülmüşdü. Amma yenə də ona aşiq oldum", – deyə Männing bildirib.
Tam bərpa edildikdən sonra limuzinə 26 yeni təkər, təzə ağ boya və əlavə funksiyalar əlavə edilib. Avtomobilin içərisində su yatağı, tramplinli hovuz, jakuzzi, mini-qolf meydançası və hətta vertolyot eniş zolağı var.
Baxmayaraq ki, "American Dream" texniki cəhətdən işlək vəziyyətdədir, onun yollara çıxması nadir hallarda baş verir. Çünki 30 metrlik uzunluğu döngələri etməyi demək olar ki, mümkünsüz edir. Buna görə də, bu limuzin əsasən avtomobil sərgilərində nümayiş olunur.
Oxşar xəbərlər
Parlaq gələcəyi olan 2 BÜRC - Kainat hər işdə onları dəstəkləyir
Parlaq gələcəyi olan insanlar fərdi xüsusiyyətlərinə, çalışqanlıqlarına və seçimlərinə görə uğur qazanırlar. Ancaq astrologiyada bəzi bürclər liderlik keyfiyyət...