Dünyanın ən böyük rəqəmsal kamerası Çilidə teleskopa quraşdırıldı – Kosmosu müşahidə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Çilidə Cerro-Pachón dağının zirvəsində mühüm hadisə baş verib – Vera Rubin Rəsədxanasındakı Simonyi Survey teleskopuna dünyanın ən böyük rəqəmsal kamerası olan LSST quraşdırılıb.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, bu 3 ton ağırlığında və 3200 meqapiksellik kameranın 30 kilometr məsafədən stolüstü tennis topunu görə biləcəyi bildirilir.
LSST kamerasının tikintisinə 20 il əvvəl Kaliforniyadakı SLAC laboratoriyasında başlanılıb. Uzun illər davam edən işlərdən sonra o, nəhayət, Çiliyə gətirilib və xüsusi qaldırıcı qurğu vasitəsilə teleskopa yerləşdirilib.
Hazırda sınaq mərhələsinə keçən kamera 2025-ci ilin yayında ulduzları çəkməyə başlayacaq. Alimlər hesab edirlər ki, LSST qaranlıq materiya və qaranlıq enerji haqqında daha çox məlumat əldə etməyə kömək edəcək.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...