Dişləri çürüyənlərin həyatı təhlükədədir - Həkimlərdən XƏBƏRDARLIQ

Dişləri çürüyənlərin həyatı təhlükədədir - Həkimlərdən XƏBƏRDARLIQ
Digər 158

Londonun "Guy"s and St Thomas NHS Foundation Trust" klinikasında 65 pasiyent üzərində aparılan araşdırma göstərib ki, diş problemləri qandakı şəkərin səviyyəsini yüksəldə bilər.

İltihablı pulpadan (diş sinirindən) yayılan infeksiya qan damarlarına daxil olur, orada iltihabı gücləndirir və bununla da qan göstəricilərinə mənfi təsir göstərir.

BAKU.WS-in The Guardian-a istinadla verdiyi məlumata görə, alimlər vurğulayırlar ki, qandakı şəkərin səviyyəsini normal saxlamaq və onu azaltmaq üçün dişlərin vaxtında müalicəsi vacibdir. Bu, bakteriyaların qana keçməsinin qarşısını alır. Ağız boşluğunun sağlamlığının qorunması diabet və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.

"Bu, sadəcə bir diş problemini aradan qaldırmaq deyil. Belə müalicələr pasiyentin ümumi vəziyyətinə uzunmüddətli təsir göstərir - xüsusilə də xroniki xəstəliklərin, o cümlədən ürək-damar xəstəlikləri və diabet riskinin azalması baxımından", – deyə London Kral Kollecinin (King"s College London) həkimi Sadiya Niyazi qeyd edib.

Oxşar xəbərlər

Bu 3 bürc 2026-da həyatının ən böyük xəyanətini yaşayacaq

Bu 3 bürc 2026-da həyatının ən böyük xəyanətini yaşayacaq

Astroloqların 2026-cı illə bağlı proqnozlarına görə, bəzi bürclər üçün bu il münasibətlər baxımından sınaq dövrü olacaq. Ulduzların düzülüşü göstərir ki, xüsusi...

145 Digər 11:02 10 yanvar 2026

Son xəbərlər