Diabet iynələrindən arıqlamaq üçün istifadə ciddi fəsadlar yarada bilər

Diabet iynələrindən arıqlamaq üçün istifadə ciddi fəsadlar yarada bilər
Video
Digər 104

Diabet xəstələri üçün həkim məsləhəti ilə istifadə olunan iynələr "arıqlama iynələri" adı altında məşhurlaşıb.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, bunlardan biri də "Ozempic" adlı preparatdır.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, 2023-2024-cü illərdə ölkəyə 106 304 ədəd "Ozempic" idxal edilib.

Son zamanlar bu preparatdan geniş istifadə olunmağa başlanılıb. Artıq çəkidən əziyyət çəkən insanların bəziləri bu iynəni həkim icazəsi olmadan alır və qəbul edir. Hətta ölkədə qiyməti baha olduğu üçün bu iynəni xaricdən daha ucuz qiymətə gətirənlər də var.

Həkim - endokrinoloq Jalə Oqtayzadə isə deyib ki, bu tip iynələri ancaq həkim təyin etməlidir, çünki özbaşına istifadəsi ciddi fəsadlar yarada bilər.

Həkimin sözlərinə görə, dərəcəsi düzgün təyin edilməyən bu tip iynələrin istifadəsi mədə-bağırsaq sistemində problemlər yarada, əzələ itkisi və hətta sümük əriməsinə səbəb ola bilər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, ölkəmizdə bu preparat 2020-ci ildən dövlət qeydiyyatından keçib. Bu dərman ötən il Azərbaycana 9 dəfə idxal edilib və keyfiyyət parametrlərində hər hansı uyğunsuzluq aşkar edilməyib. Mərkəzdən o da bildirildi ki, bəzi insanlar bu dərmandan arıqlamaq üçün istifadə etsələr də, istifadəni kəsən kimi yenidən həmin çəkiyə qayıdırlar. Sözügedən iynə köklükdən əziyyət çəkən şəkərli diabet xəstələrində istifadə edilir. Preparatın göstərişdən kənar olaraq, yəni arıqlamaq üçün istifadəsi qadağandır. Qurum əlavə edib ki, Azərbaycanda dərman vasitəsinin istifadəsi ilə əlaqədar 23 əlavə təsir haqqında bildiriş verilib, hələ ki, zərərçəkən olmayıb.

Son xəbərlər