"Dedi ki, qayıdım, mənim üçün elçiliyə gedərsiniz" - 22 yaşlı şəhidin dəftərində nələr yazılmışdı?

Dedi ki, qayıdım, mənim üçün elçiliyə gedərsiniz - 22 yaşlı şəhidin dəftərində nələr yazılmışdı?
Video
Digər 32

"Baku TV" Qazax rayonunun Qarapapaq kəndinin fəxrinə çevrilən Vətən müharibəsi şəhidi, 22 yaşlı Xaliddin Nəsibov haqqında reportaj hazırlayıb.

Şəhidin bacısı Göyçək Mustafayeva qardaşı ilə son görüşünü xatırlayıb: "Sonuncu dəfə sentyabr ayında gəlmişdi. İki qutu şokolad alıb gətirmişdi və dedi ki, inşallah qayıdım, mənim üçün elçiliyə gedərsiniz. Sonradan öyrəndik ki, özünün istədiyi bir qız var imiş".

G.Mustafayeva qardaşının əsgərlərinə olan münasibətindən də danışıb:

"Şəhid olandan sonra əsgərləri danışırdılar ki, maşının baqajını əsgərləri üçün doldurub gətirirdi, onlarla bir yerdə yeyib-içirdi. Bir yetim əsgər var idi. Anası yox imiş və andiçməsində heç kim olmamışdı. Xaliddin zəng edib ağladı. "Hamının valideyni gəlib, yalnız o uşağın heç kimi yox idi. Mən bu gün ona ata oldum" dedi".

Xaliddin Nəsibov döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşcü" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər