Dahilərin beyni adi insan beynindən nə ilə fərqlənir?

Dahilərin beyni adi insan beynindən nə ilə fərqlənir?
Digər 245

Mütəxəssislər yüksək istedadlı insanların beyni üzərində aparılan, illərlə davam edən tədqiqatların nəticələrini açıqlayıblar.

BAKU.WS rus mediasına istinadən xəbər verir ki, alimlərin, dahilərin beyni ilə adi insanların beyni arasında əhəmiyyətli anatomik fərqlər aşkar edilməyib.

Bununla belə, bəzi xüsusiyyətlər müəyyən edilib. Belə ki, yüksək istedadlı insanlarda böyük yarımkürələrin kortikal sütunlarının hüceyrə quruluşunun daha inkişaf etmiş olduğu, güclü assosiativ əlaqələrin mövcudluğu və hər bir neyron üçün daha çox gliya hüceyrəsinin olması müşahidə olunub. Uzunömürlü dahilər arasında həmyaşıdları ilə müqayisədə beynin qocalma əlamətlərinin daha az olduğu qeyd edilib.

Mütəxəssislər vurğulayıb ki, əsas rolu beynin quruluşu deyil, neyronların qarşılıqlı təsiri sayəsində tapşırıqları tez və səmərəli həll etmə qabiliyyəti oynayır. Məhz bu dinamika və plastiklik beynin işinin əsas sirri hesab edilir.

Oxşar xəbərlər

Bu bürclərdən olan insanlar çox yaşamır

Bu bürclərdən olan insanlar çox yaşamır

Astrologiyada bəzi bürclər həyat enerjisi, sağlamlıq və ömür uzunluğu ilə əlaqələndirilir. Əlbəttə, insanın nə qədər yaşayacağı daha çox genetikaya, həyat tərz...

3997 Digər 23:59 08 sentyabr 2025

Son xəbərlər