Çinli alimlər radiasiyaya davamlı və rekord dəqiqlikli giroskop hazırlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Çinli tədqiqatçılar kosmik missiyalar üçün rekord dəqiqlikli və radiasiyaya davamlı yeni nəsil giroskop hazırlayıblar. Bu texnologiya çətin şəraitdə - o cümlədən kosmik aparatlarda və dərin dəniz platformalarında istifadə üçün xüsusilə əhəmiyyətlidir.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, Tyençzin Naviqasiya Alətləri İnstitutu və Cinan Universitetinin alimləri tərəfindən hazırlanmış cihazda ənənəvi bərk optik liflər əvəzinə hava ilə doldurulmuş optik liflərdən istifadə olunub. Bu isə cihazın temperatur, maqnit sahələri və radiasiyaya qarşı həssaslığını 10 dəfə azaldıb.
Yeni giroskop ekstremal şəraitdə yüksək dəqiqliklə işləyir və mürəkkəb qoruma sistemlərinə ehtiyac duymur. Alimlərin bu ixtirası artıq beynəlxalq səviyyədə tanınıb və nüfuzlu Nature Communications jurnalında dərc olunub.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...