ChatGPT neyrocərrahlara epilepsiya ocaqlarını dəqiq müəyyən etməyə kömək edib

ABŞ-nin Stivens İnstitutunun alimləri ChatGPT-nin epilepsiyalı xəstələrdə tutmalara səbəb olan beyin sahələrinin müəyyənləşdirilməsində həkimlərə necə kömək edə biləcəyini araşdırıblar.
BAKU.WS xəbər verir ki, epilepsiya xəstələrinin təxminən üçdə birində dərman müalicəsi təsir etmir və belə hallarda cərrahi müdaxilə gündəmə gəlir. Lakin uğurlu əməliyyat üçün tutma ocağının düzgün müəyyənləşdirilməsi vacibdir. Bu zaman MRT, EEG və tutma semiologiyası kimi məlumatlar toplanır, lakin fərqli klinikalar bu məlumatları fərqli şəkildə təqdim etdiyindən diaqnostikada çətinliklər yaranır.
Alimlər bu problemi aradan qaldırmaq üçün ChatGPT və xüsusi hazırlanmış EpiSemoLLM adlı süni intellekt modelindən istifadə ediblər. Onlar 100 tutma təsvirini həm təcrübəli həkimlərə, həm də ChatGPT-yə təqdim ediblər.
Nəticədə məlum olub ki, bəzi beyin sahələrində, xüsusilə alın və gicgah paylarında ChatGPT-nin nəticələri həkimlərlə müqayisə edilə biləcək və ya daha dəqiq olub. Nadirdən rast gəlinən hallarda isə həkimlər daha doğru nəticə veriblər.
Tədqiqatçılar hesab edir ki, süni intellekt və həkimlərin birgə işi daha dəqiq diaqnoz və müalicə imkanı yarada bilər.
Oxşar xəbərlər
Dünyanın ən təhlükəli heyvanları
Min illər boyu insan təbiətin ən zəif canlılarından biri olub. Bizi daim ovlayan yırtıcılar çay kənarlarında, meşələrdə, dağlarda və səhralarda pusquda durub. B...
