Çexiya Mərkəzi Bankı kriptovalyutalara investisiya edən ilk tənzimləyici orqan oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Çexiya Milli Bankı 1 milyon dollarlıq sınaq kriptoportfeli yaradıb və bununla da kriptovalyutalara investisiya edən ilk dünya tənzimləyicisi olub.
Eksperimental portfelə "Bitcoin", ABŞ dollarına indekslənmiş "stablecoin"lər, həmçinin blokçeyn üzərində tokenləşdirilmiş depozitlər daxildir.
"Bu struktur Çexiya tənzimləyicisinə fərqli rəqəmsal aktiv növlərini və onların xüsusiyyətlərini müqayisə etməyə imkan verəcək. Kriptovalyutalara investisiyanın məqsədi blokçeyn texnologiyaları ilə praktiki təcrübə qazanmaqdır, çünki bu texnologiyalar gələcəkdə maliyyə və ödəniş sistemlərinə əhəmiyyətli təsir göstərə bilər", - deyə bankın məlumatında vurğulanır.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...