Cevdet Yılmaz: Cənubi Asiya ölkələri istehsal böhranı ilə üz-üzədir
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Asiya ölkələri istehsal böhranı ilə üz-üzədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "TRT Haber"in canlı yayımında deyib.
"Cənubi Asiya ölkələri istehsal böhranı ilə üz-üzədir", - C. Yılmaz bildirib və əlavə edib ki, bütün dünya Hörmüz boğazının açılması ilə iqtisadi problemləri aradan qaldırmaq istəyir.
Onun sözlərinə görə, Hörmüz boğazının bloklanması Cənubi Asiya ölkələri ilə yanaşı, Avropa və ABŞ-yə də təsir göstərir:
"Bu xarici bir şokdur. Bizim nəzarətimizdə olan bir şey deyil. Amma biz güclü iqtisadiyyata, siyasi sabitliyə sahib ölkə olaraq bu xarici şokla mübarizə aparırıq. İlk andan etibarən tədbirlər görülüb".
Oxşar xəbərlər
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu
Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edə...