Bürcləri qıçıqlandıran əməllər - Bu halda onlar daha əsəbi olur

Bürcləri qıçıqlandıran əməllər - Bu halda onlar daha əsəbi olur
Digər 71

Hər bir bürcün səbr həddi və zəif nöqtələri fərqlidir.

Bəzilərini xırda bir söz belə özündən çıxara bilər, digərləri isə səssiz qalar, amma içdən qaynayar.

Qoç bürcü

Qoç enerjili və impulsiv bürcdür. Onları yubanmaq, qərarsızlıq və tənbəllik dəhşətə gətirir. Əgər kimsə yavaş danışır, hərəkət edir və ya qərar verməkdə tərəddüd edirsə, Qoçun əsəbi dərhal baş qaldırır.

Onu qıcıqlandırır: "Bir az gözləyək, sonra baxarıq" kimi sözlər.

Buğa bürcü

Buğa sabitlik və sakitlik istəyir. Onun planına qarışmaq və ya israrla fikir dəyişdirmək cidd-cəhdlə qəzəbləndirir.

Onu qıcıqlandırır: Mübahisə, tələsdirmək və ya onun şəxsi məkanına müdaxilə.

Əkizlər bürcü

Əkizlər dəyişkən və ünsiyyətcil insanlardır. Onlar üçün ən pis şey dar düşüncəli, monoton və sıxıcı insanlardır.

Onu qıcıqlandırır: Uzun-uzadı söhbətlər, təkrarlar və ya sərt qaydalar.

Xərçəng bürcü

Xərçəng emosionaldır və həssas yanaşma tələb edir. Onunla soyuq, laqeyd və ya istehzalı danışmaq qəti olmaz.

Onu qıcıqlandırır: Səmimiyyətsizlik və duyğularına toxunan laqeyd münasibət.

Şir bürcü

Şir diqqət mərkəzində olmağı sevir. Ona qarşı hörmətsizlik, tənqid və ya saymazyana münasibət – alovlanması üçün kifayətdir.

Onu qıcıqlandırır: "Sən heç də elə yaxşı deyilsən" tipli sözlər.

Qız bürcü

Qız bürcü mükəmməlliyi sevir. Səliqəsizlik, məsuliyyətsizlik və tənbəllik onun səbrini daşırır.

Onu qıcıqlandırır: İşin yarımçıq qalması və ya kimsənin detallara fikir verməməsi.

Tərəzi bürcü

Tərəzilər harmoniya və ədalət axtarır. Onları ən çox haqsızlıq və kobud davranış qıcıqlandırır.

Onu qıcıqlandırır: Qışqırmaq, mübahisəni böyütmək və ya təkid etmək.

Əqrəb bürcü

Əqrəblər dərin düşüncəli və emosionaldır. Onlar xəyanət, yalan və ikiüzlülüyə dözə bilmirlər.

Onu qıcıqlandırır: Etimadını sındırmaq və ya sirrini yaymaq.

Oxatan bürcü

Oxatan azadlığı sevir. Onu məhdudlaşdırmaq, nəzarət etmək və ya sıxışdırmaq – ən böyük səhvdir.

Onu qıcıqlandırır: "Belə etmə" və ya "burdan getmə" kimi cümlələr.

Oğlaq bürcü

Oğlaq ciddi və məsuliyyətlidir. Onun yanında lağ-lağı, məsuliyyətsizlik və boş söhbət yolverilməzdir.

Onu qıcıqlandırır: Gecikmək, tənbəllik və ya işə qeyri-ciddi yanaşmaq.

Dolça bürcü

Dolçalar azad düşüncəyə malikdir. Onları məhdud düşüncə tərzi, stereotiplər və tənqid narahat edir.

Onu qıcıqlandırır: "Belə olmaz" deyənlər və dəyişiklikdən qorxan insanlar.

Balıqlar bürcü

Balıqlar çox emosional və xəyallara meyllidir. Onlara qarşı kobudluq, soyuqluq və anlaşılmazlıq ən böyük zərbədir.

Onu qıcıqlandırır: "Sən çox həssassan" kimi sözlər və empatiyanın olmaması.

Son xəbərlər