Bürclərə uyğun sürücülərin qəzalara meyillilikləri açıqlandı
2025-ci ildə ən çox qəzalara Oğlaq və Şir bürcləri altında doğulan sürücülər səbəb olublar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Rusiyanın "VSK Sığorta Evi"nin analitikləri icbari avtomobil sığortası (OSAGO) üzrə illik statistikanı təhlil etdikdən sonra belə qənaətə gəliblər.
Nəticələrə əsasən, 2025-ci ildə ən çox qəzaya meyilli beş bürc Oğlaq, Şir, Buğa, Qoç və Xərçəng olub. Onlar bütün qeydə alınan qəzaların 44%-dən çoxunu törədiblər. Analitiklər, həmçinin qeyd edirlər ki, əvvəlki ilin analoji reytinqi ilə müqayisədə Əkizlər ilk beşlikdən çıxıb, Əqrəblər və Oxatanlar isə ən diqqətli sürücülər olublar.
Yaş qruplarını nəzərə alaraq, sığortaçılar 40-49 yaş arası avtomobil sahiblərini, xüsusən də Şir və Qoç bürclərindən olanları ən təhlükəli sürücülər adlandırıblar. Oxatan və Əqrəb bürcləri altında doğulmuş 29 yaşdan kiçik sürücülərin qəzaya düşmə ehtimalı isə ən aşağı səviyyədədir.
Qəzalar üzrə ilin lideri olan Oğlaq bürcü sürücülər üçün sığortaçılar KIA avtomobillərindən istifadə etməyi tövsiyə edirlər. Statistik olaraq, bu, qəza riskini azaldır. "Toyota" Şir və Qoç bürcləri, "Hyundai" Buğa bürcü, "Lada" isə Xərçəng bürcü üçün ən təhlükəsiz marka seçilib.
Oxşar xəbərlər
Həkim-neyrocərrah Vüsal Məmmədov: "10 yaşımda özümə söz verdim ki... "
BAKU.WS saytının bu dəfəki qonağı Respublika Neyrocərrahiyə Xəstəxanasının "Baş beyin" şöbəsinin həkim-neyrocərrah Vüsal Mehman oğlu Məmmədovdur. Müsahibəni təq...