Bu qonşu ölkədə əhaliyə xəbərdarlıq edildi: Çəkiniz 65 kiloqramdan aşağıdırsa...

Bu qonşu ölkədə əhaliyə xəbərdarlıq edildi: Çəkiniz 65 kiloqramdan aşağıdırsa...
Digər 266

Türkiyənin bəzi şəhərlərində hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

BAKU.WS xəbər verir ki, çəkisi 65 kiloqramdan az olan şəhər sakinlərə çölə çıxmamaq tövsiyyə edilib.

İstanbul, İzmir və Bursa başda olmaqla ölkənin şimal, daxili və qərb bölgələrində hava temperaturunun 3-5 dərəcə artacağı gözlənildiyi halda, Meteorologiya Xidməti 24 şəhər üçün "sarı" hava xəbərdarlığı yayıb.

Proqnozlara görə küləyin sürəti bəzi yerlərdə saatda 80 kilometrə çata bilər.

İstanbul və İzmirdə gün ərzində təsirini artıracaq lodos küləyi ilə yanaşı, Mərmərə, Egey və Qara dənizin bəzi bölgələrində leysan, bəzən isə güclü yağış gözlənilir.

Meteoroloji proqnozlara əsasən, ölkənin şimal, mərkəzi və qərb bölgələri parçalı və çox buludlu olacaq.

Mərmərənin qərbi, Sahil Ege bölgəsi ilə yanaşı Bursa, Yalova, Manisa, Uşak, Zonguldak, Bartın və Sinop ətraflarında yağış və leysan gözlənilir.

Kastamonu, Karabük və Şırnak ətraflarında isə qarla qarışıq yağış və qar yağacağı ehtimal olunur. İzmir və Aydın vilayətlərinin sahil hissəsində, Çanaqqalanın cənubu və Balıkesirin qərb sahillərində yağışların güclü olacağı bildirilir.

Qara dənizin yüksək dağlıq ərazilərində və Şərqi Anadolunun şərqində qar uçqunu riski olduğu xəbərdarlığı edilib.

Mərmərə və Şimali Egey dənizi, eləcə də Qərbi və Mərkəzi Qara dəniz bölgələrində küləyin saatda 50-80 kilometr olacağı proqnozlaşdırılır. Bu səbəbdən Meteorologiya İstanbul, İzmir, Bursa, Kocaeli, Balıkesir, Bilecik, Bolu, Çanaqqala, Edirne, Eskişehir, Kastamonu, Kırklareli, Kütahya, Ordu, Sakarya, Samsun, Sinop, Tekirdağ, Zonguldak, Bartın, Yalova, Karabük, Düzce və Aydın üçün "sarı" kodlu xəbərdarlıq edib.

"Xüsusilə 65 kiloqramdan aşağı çəkisi olan İstanbul sakinlərinə çox vacib xəbərdarlıq: Şənbə günü də daxil olmaqla bazar günləri son illərin ən uzunmüddətli və ən güclü lodos küləyi əsəcək. Lodos 48 saat ərzində təsirini davam etdirəcək və küləyin sürəti bəzi anlarda saatda 80-90 kilometrə çatacaq" - deyə qeyd edilib.

Oxşar xəbərlər

Bu ərazilərdə gecə yollar buz bağlayacaq

Bu ərazilərdə gecə yollar buz bağlayacaq

Sabah yollarda gözlənilən vəziyyət açıqlanıb. BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah dumanlı və şaxtalı hava şəraiti müşahid...

56 Digər 17:46 04 yanvar 2026

Son xəbərlər